Bu gün Cihad Muğniyənin anım günüdür

Bəzən həyat çox qısa, lakin bir cəmiyyətin ibrəti qədədər böyük, bəzən isə uzun və çox olduğu halda ibrətli bir nöqtənin, xeyirli bir anın olmaması qədər qısa və gödək ola bilir. Həyatın qiyməti uzun və qısalığı deyil bərəkətli, xeyirli olmasındadır. Xeyir, bərəkət isə özünə, cəmiyyətinə, xalqına, millətinə, dininə, amalına yararlı və gərəkli olmaq kimi ali dəyərlərdə zirvələri fəth etməkdir. Hər dövr və zamanda hər iki katiqoriyanın alı simaları olub, olur və olacaqdır. Cihad Muğniyədə də milləti, xalqı, dini və ali dəyərləri üçün yaşayan, mübarizə aparan və gənc yaşlarında şəhid olan bir şəxsiyyətdir. Həyat hekayəsi danışılacaq qədər qıza, duyulacaq, hiss ediləcək qədər böyük və gözəldir. Həyatının hər anına diqqət göstərən bu gəncin qısa həyat hekayəsini çevirərkən həmişəki kimi düşüncə azadlığı, zəka genişliyi, aydın təfəkkürün hansı yaşda olmasından asılı olmayaraq insanı necə ucaltdığının bir daha şahidi oluruq.
1991-cı il Mayın 2-də Livanın Dibba əyalətində əfsanəvi general İmad Muğniyənin evində çox gənc yaşlarında qanı ilə tarix yazacaq körpə bir oğlan uşağı dünyaya gəlir. Hizbullah generalı gələcəyin mübarizə cəbhəsinin növbəti əsgərinə, mübariz şəhidinə Cihad adını verir. Bununla da haqq cəbhəsində cihad ruhlu əsgəri Livan xalqına, azadlıq sevən inanlığa ərməğan edir. Cihad adı eyni halda İmad Muğniyənin şəhid olmuş qardaşlarından birinin adı olur ki, ailə bu adı yaşatmaq üçün körpəni şəhid əminin şərəfinə Cihad adlandırır. Orta təhsilini o, əyalət məktəbində alır və orta məktəbi bitirdikdən sonra ali təhsil almaq üçün sənədlərini bir zaman atasının də təhsil aldığı Amerika-Livan Universitetinə verir. Ali təhsil ocağına daxil olduqdan sonra Cihad təhsilini Beyrutdakı Amerika-Livan Universitetinin İdarəetmə fakültəsində davam etdirməyə başlayır. Dərs əlaçısı olmaqla yanaşı genetik olaraq təşkilatçılıq və iti zəka fərqliliyi onu tələbələr arasında çox qısa zamanda sevimli birinə çevirir. Bu eyni halda onun ciddi cəhdlə məqsədi uğrunda çalışması ilə əlaqəli olur. O, heç bir vəchlə hər hansı bir irəliləyişi İmad Muğniyə oğlu olduğu üçün güzəştlə əldə etmək istəmir. Əksinə, bütün qüvvəsini səfərbər edərək bunu öz iradə və zəkası əsasında qazanmağa çalışır. Elə buna görə də Universitetdə təhsil aldığı dövrdə də orta məktəb həyatı kimi Cihad, Hizbullah generalı İmad Muğniyənın oğlu olduğunu tələbə yoldaşlarından gizlədir. İlk dəfə Hizbullahın 2008-ci ilin Fevralında atasının anım mərasimi üçün təşkil etdiyi məclisdə tribunada Cihad Muğniyə görünəndə onu tanıyan hər kəsin təəccübünə səbəb olur. Hizbullahın baş katibi Seyid Həsən Nəsrullahın da qatıldığı tədbirdə çıxış edən Cihad Muğniyə mübarizənin davam etdiyini bir daha o tribunadan elan edir.
Cihad Muğniyə atasının öldürülməsindən əvvəl hərbi işlə əlaqəli heç layihədə iştirak etmir. Universitetdə təhsil alan Cihad bütün zamanını atasının israrı ilə ancaq təhsildə keçirir. Lakin atasının şəhadətindən sonra anası və nənəsi ilə danışaraq atasının pak amalını davam etdirmək əzmində olduğunu onlara bildirir. Xeyir dua aldıqdan sonra Hizbullah lideri ilə görüşən gənc şəhid 2008-ci ildən Hizbullah sıralarına qoşulur. 2008-ci ilin Fevral ayında atasının xatirəsinə təşkil edildiyi anım məclisində o, Hizbullah sıralarına daxil olduğunu rəsmən elan edir. Bir ay sonra isə Nəsrullah Cihad Muğniyəni İran İnqilab Keşikçilər korpusunun başçısı, Qüds Qüvvələri komandanı general Qasim Süleymaninin yanına təlim keçmək üçün İrana göndərir. 2008-2010-cu illərdə Cihad İran və Livanda hərbi hazırlıqlar keçərək hərbin incəliklərinə yiyələnir. Bir müddət sonra Cihad atasının Suriya ərazisində başlatdığı əməliyyatlara qoşulur və qısa zaman kəsiyində bir çox uğurlu nəticələrə imza da ata bilir. Xüsusi olaraq vəhhabi qüvvələri, Əl Nusra, İşid, Əl Qaidə kimi siyasi qruplaşmaların qurduğu planlar, Suriya ərazisindəki işğalçılıq, zoraklıq, vandallıq, terror aktlarını dayandırmaq üçün Cihad Muğniyə döyüşlərdə iştirak edir. Paralel olaraq Suriyadakı ziyarətgahların, xüsusən də Xanım Zeynəb (s.ə.) hərəminin Dəməşq şəhərində mühafizəsi də Hizbullahın nəzarəti altında bütün təşkilat nümayəndələri kimi Cihadın da məsuliyyətini artırmaqda idi. Buna görə də bütün vürlığı ilə düşmənə qarşı mübarizəsində yenilməz gəncin amalı elə özünün ifadə etdiyi kimi şəhadət idi.
Acınacaqlı hal o idi ki, adlar və fikirlər ayrı görünsə də İsrail-Amerika və İŞİD qruplaşmalarının bir hədəfə ünvanlanan addımları fərqli nöqtələrdə müxtəlf adlarla eyni ünvanlı cəbhələrin yaradılması vəziyyəti kifayət qədər çətinləşdirirdi. İŞİD-lə müharibənin mərkəzində onlara yardımçı ABŞ və ya MOSSAD qüvvələri ilə qarşılaşmaq artıq heç kəsdə təəccüb yaratmır. Belə bir birlik 2015-ci il Yanvarın 18-i İsrail ordusuna aid hərbi helikopterin Suriyanın Quneytəra şəhərində Amal fermaları istiqamətinə endirdiyi iki raket zərbəsində Livanın "Hizbullah" hərəkatına aid iki nəqliyyat vasitəsi partladılır. Hücum zamanı "Hizbullah"ın sabiq komandirlərindən olan və 2008-ci ildə Dəməşqdə törədilən terror aktı nəticəsində şəhid olmuş İmad Muğniyənin 25 yaşlı oğlu Cihad Muğniyə və bir neçə silahdaşları şəhid olur. Şəhid olan digər şəxslər 42 yaşlı sahə komandiri Muhəmməd İsa, 35 yaşlı Abbas İbrahim Hicazi, 29 yaşlı Muhəmməd Əli Həsən Əbu əl-Həsən, 26 yaşlı Qazi Əli Davi və 21 yaşlı Əli Həsən İbrahim olur. Livanın müxtəlif bölgələrindən Hizbullah liderləri, siyasi partiya nümayəndələri, müqavimətçi gənclər və adı vətəndaşlar olan böyük kütlə onun dəfn mərasimində iştirak edir. Mərasim çıxışlardan sonra "Amerikaya ölüm, İsrailə ölüm" şüarları ilə dalğalanaraq Cihad Muğniyənin də daxil olduğu şəhidlərin tabutlarını havaya qaldırıb “Rövzətəl Şəhideyn” məzarlığına istiqamət alırlar. Şəhid Cihad Muğniyəni ailəsi, Muğniyələrin məzarının yaxınlığında torpağa tapşırır. Şəhadətə qovuşmuş hərbiçilər Beyrutun "Rövzət əl-Şəhideyn" qəbristanlığında dəfn olunur.
Həmin ilin Yanvar ayının 11-də, Cihad Müğniyənin şəhidliyindən bir həftə öncə onun ana babasının evində Peyğəmbərin (s) mövludu münasibətilə böyük bir bayram qonaqlığı hazırlanır. Bütün nəvələrə deyilmişdi ki, məclis üçün qısa çıxış hazırlayıb yeni, 2015-ci ildəki planlarını açıqlasınlar. Hamı danışır və növbə Cihada çatır. O hər kəsi təbəssümlə süzür və yalnız bunu deyir: "Yeni il planlarımı gələn həftə deyəcəm" Hamı etiraz edir; kimisi şərtləri pozduğunu, tapşırığını hazırlamadığını deyir ona. O isə sözündən dönmür, planlarını gələn həftə açıqlayacağını söyləyib durur. Düz bir həftə sonra yenə də bütün ailə bir yerə toplaşır, amma bu dəfə qonaqlıq üçün yox, Cihadın başsağlığına gələnləri qarşılamaq üçün. Toplananlar Cihadın şəhadət məclisinə gəlmişdilər və məlum olur ki, Cihadın bir həftə öncə dediyi planı şəhidlik imiş. Cihadın nənəsi Ümmi Ədnan köks ötürərək nəvəsi haqqında yalnız bunu deyir: "Ailənin gənc nəvəsini itirdiyimizə görə ağlayır, seçdiyi yola görə isə sevinirik. Əziz balam, tez getdin... Amma Allaha şükür olsun! Bu ailənin taleyi şəhidlikdir. Və şəhidlik Tanrının xüsusi dostlarına bağışladığı hədiyyədir".
Cihad Muğniyə bu ailənin şəhid olan sonuncu kişisi və beşinci ailə üzvü olur. Bunlar: 1984-cü ildə şəhid olan əmisi Mustafa Bədrəddin Muğniyə, 1992-ci ildə şəhid olan əmisi Cihad Muğniyə və 2006-cı ildə maşında qoyulmuş patrayıcı qurğunun işə düşməsi nəticəsində şəhid olmuş digər əmisi Fuad Muğniyə, 2008-ci ildə şəhid olmuş atası İmad Muğniyə və nəhayət 2015-ci ildə şəhid olmuş kiçik Cihad Muğniyə.
 
MBH tədqiqat mərkəzi.