Bəsrədə qanlı terror: Dinc sakinlər öldü

Az.shafaqna.com xəbər verir ki, İraqda dəhşətli terror aktı törədilib.

Bu barədə “Al Sumaria” telekanalı məlumat yayıb.

Belə ki, Bəsrə şəhərində yerli xəstəxanalardan birinin yaxınlığında minalanmış avtomobil partladılıb.

İlkin məlumatlara əsasən, 7 dinc sakin həyatını itirib, təxminən 20 nəfər də xəsarət alıb.

İnsidentin təfərrüatları və kim tərəfindən törədilməsi barədə hələ bildirilməyib.