"Brent" neftinin qiyməti 2014-cü ildən sonra ən yüksək həddə çatıb

"Brent" markalı neftin Londonun ICE birjasında mart fyuçerslərinin qiyməti 88 dollar/barelə çatıb.

Trend-in məlumatına görə, sonuncu dəfə "Brent" 2014-cü ilin oktyabrında 88 dollara alınıb satılırdı.

Son sutka ərzində neftin qiyməti 1,76 faiz artıb.

Hazırda birjalarda "Brent" markalı neftin bir bareli 87,4 dollara alınıb satılır.