"Böyük Yeddilik" ölkələrinin sammitində verilən qərarlar

İngiltərənin Kornuoll qraflığında baş tutan G7 ("Böyük Yeddilik") ölkələrinin sammiti başa çatıb. 

BBC-nin məlumatına görə, sammit bir sıra mühüm qərarlarla yadda qalıb. 

Böyük Yeddilik ölkələrinin liderləri sammitin yekununda aşağıdakı qərarları qəbul ediblər:

- Kasıb ölkələrə bir miyard doza koronavirus vaksini ayırmaq

- Pandemiyalarla bağlı xəbərdarlıq mexanizmini təkmilləşdirmək üçün vəsait ayırmaq

- Vaksinlərin təkmilləşdirilməsi prosesini sürətləndirəcək elmi layihələri dəstəkləmək

- Kasıb və inkişaf etməkdə olan ölkələrdə əmək bazarlarını inkişaf etdirmək. Əsasən 2026-cı ilə qədər yoxsul ölkələrdə yaşayan 40 milyon qızın təhsil almasına şərait yaratmaq 

- Qlobal temperatur artımının qarşısını almaq, 1,5 Selsi dərəcədən az olmamaqla 

- 2020-ci ilə qədər karbon tullantılarını sıfırlamaq, 2030-cu ilə qədər tullantıları ikiqat ixtisar etmək və 2030-cu ilə qədər quru və okeanları 30%-dən az olmamaqla mühafizə etmək