Borrell: “Ukrayna müharibəsi AB-nin hərbi ehtiyatlarını tükəndirdi”

Operativ.tv Rasthaber-ə istinadən verdiyi məlumata görə, Avropa İttifaqının (Aİ) Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Borrell bəyan edib ki, Aİ-nin hərbi ehtiyatları Ukraynaya göndərmələr səbəbindən tükənib.
Avropa İttifaqının (Aİ) Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Josep Borrell, "Ukraynaya hərbi yardımımız nəticəsində ehtiyatların tükənməsi çatışmazlıqlarımızın ən bariz nümunəsidir" – deyə bildirib.
AB-nin hərbi qaynaqlarının azalmasına təsir edən digər səbəblərlə yanaşı, qənaət siyasətləri nəticəsində müdafiə büdcəsindəki azalmaya diqqət çəkən Borrell, AB üzvlərinin müdafiə xərclərinin 2008-ci il böhranından sonra azalmağa başladığını, 2014-cü ildə ən aşağı səviyyəyə çatdığını və yalnız indi böhrandan əvvəlki səviyyələrə qayıtdığını söyləyib.
1999-2021-ci illərdə ABŞ-ın müdafiə xərclərinin 66 faiz, Rusiyanın isə 292 faiz artdığını ifadə edən Borrell, eyni dövrdə AB-nin ümumi müdafiə xərclərinin də cəmi 20 faiz artdığını qeyd edib. O, qeyd edib ki, sadəcə daha çox xərcləmək yox, daha çox parçalanmağın qarşısını almaq daha önəmlidir.