Borrell: "Biz Rusiyaya qarşı döyüşmürük, Ukraynanı müdafiə edirik"

Avropa İttifaqının (Aİ) Xarici Əlaqələr üzrə Ali Nümayəndəsi Josep Borrell bildirib ki, Avropa İttifaqı Rusiyaya qarşı mübarizə aparmır, Ukraynanı müdafiə edir.

İtaliyanın Florensiya şəhərində keçirilən Birliyin Vəziyyəti toplantılarından sonra Euronews-a danışan Borrell, "bütün bu “Qərbin Rusiyaya”, “Qərbin digərlərinə qarşı” hekayələrini bəyənmirəm. Bu, Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə aid olan bir problemdir, suverenlik məsələsidir, qonşularınızı əzmək üçün güc tətbiq etməməklə sərhədlərə hörmət etmək məsələsidir” - deyə bildirmişdir.
Sonra Borrel sözünü belə davam etdirmişdir: "Biz Rusiyaya qarşı döyüşmürük. Biz Ukraynanı müdafiə edirik. Ukraynanı müdafiə etmək isə qanuna əsaslanan beynəlxalq asayişi qorumaq deməkdir. Əks halda cəngəllik qanunu qalib gələcək".