BMT nümayəndəsi Seyid Müqtəda Sədr ilə görüşdü

Eastnewz.org-un verdiyi xəbərə görə, Birləşmiş Millətlər Təşkilatının İraq üzrə xüsusi nümayəndəsi Jeanine Hennis Plasschaert Seyid Müqtəda Sədr ilə görüşüb.   Bu barədə "Sədr" hərəkatından verilən rəsmi açıqlamada məlumat verilib.   Məlumatda vurğulanır ki, görüş Seyid Müqtəda Sədrin Nəcəf şəhərindəki evində baş tutub.   Xatırladaq ki, BMT nümayəndəsi İraqda keçirilən Parlament seçkilərindən sonra verdiyi açıqlamalar ilə şiə siyasi qrupların etirazına səbəb olmuşdu.