BMT-nin Yəmən üzrə nümayəndəsi atəşkəsin pozulmasına dair xəbərdarlıq edib

BMT-nin Yəməndəki nümayəndəsi atəşkəsin uzadılmamasına dair xəbərdarlıq edib: Bir daha belə bir fürsətimiz olmaya bilər

Operativ.tv SalamNews-a istinadən xəbər verir ki, cümə günü BMT baş katibinin Yəmən üzrə xüsusi nümayəndəsi Hans Qrundberq Yəməndə qüvvədə olan atəşkəsin yenilənməsi və genişləndirilməsinin humanitar və siyasi zərurət olduğunu vurğulayaraq, Yəmən tərəfinin təklif etdiyi fürsəti itirməmək barədə xəbərdarlıq edib.

BMT nümayəndəsinin ofisi Twitter hesabında paytaxt Sanaya səfərinin yekununda bildirib ki, “səfər zamanı Qrundberq (husilərin) dövlət qulluqçularının maaşlarının ödənilməsi, dəniz və hava limanları ilə bağlı məsələlər haqda intensiv müzakirələr aparıb, eləcə də cəbhə xəttində sakitliyin qorunub saxlanılmasını istəyib.

"Atəşkəşin yenilənməsi və genişləndirilməsi humanitar və siyasi zərurətdir. Bu, həm də əldən verə bilməyəcəyimiz bir fürsətdir", deyə Qrundberq bu səfərdə bəyan edib.

BMT nümayəndəsi əlavə edib: "Sülh müqaviləsi yəmənlilərin həyatına nəzərəçarpacaq müsbət təsir göstərib. Bizim bu faydaları artırmaq və genişləndirmək imkanımız var. Müharibə yerinə sülhə nail olmaq hər tərəfdən cəsarət və liderlik tələb edir. Müharibəyə qayıdış olarsa, uzun müddət bir daha belə imkanlarımız olmaya bilər.”