BMT-nin Ali Komissarlığı: Fələstinli jurnalist Şirin Əbu-Aqilə İsrailin açdığı atəş nəticəsində həlak olub

Birləşmiş Millətlər Təşkilatının İnsan Haqları üzrə Ali Komissarlığı bildirib ki, araşdırma nəticələri ABŞ və Fələstin vətəndaşlığını daşıyan jurnalist Şirin Əbu-Aqilənin İsrail qüvvələri tərəfindən açılan güllə ilə öldürüldüyünü göstərir.

Operativ.tv SalamNews-a istinadən xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının İnsan Haqları üzrə Ali Komissarlığının sözçüsü cümə günü bildirib ki, aidiyyatı komissiya fələstinli-amerikalı jurnalist Şirin Əbu Aqilənin mayın 11-də İsrail qüvvələri tərəfindən öldürüldüyü qənaətinə gəlib.

Ravina Şamdasani bu gün, cümə Cenevrədə keçirdiyi mətbuat konfransında deyib:

“İsrail ordusu və Fələstin baş prokuroru da daxil olmaqla fərqli mənbələrdən topladığımız bütün məlumatlar Əbu Aqiləni öldürən və onun həmkarı Əli Əl-Səmudini yaralayan güllələrin İsrail təhlükəsizlik qüvvələri tərəfindən açıldığını, İsrail ordusu tərəfindən təsadüfi atışma olmadığını təsdiqləyir.”