BMT İranla bağlı çağırış etdi

Operativ.tv Rasthaber-ə istinadən xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antonio Quterreş BMT Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməsinin icrasına dair 13-cü hesabatında ABŞ-ın İrana qarşı birtərəfli sanksiyalarının ləğv edilməsinin vacibliyini vurğulayıb.
İyunun 30-da BMT Təhlükəsizlik Şurasında keçirilməsi planlaşdırılan iclasda Antonio Quterreşin hazırladığı yekun hesabat müzakirə olunacaq.
Xatırladaq ki, ABŞ administrasiyası 2015-ci ildə BMT TŞ-nin daimi üzvləri olan İran və Almaniya arasında imzalanan nüvə sazişindən 2018-ci ildə birtərəfli qaydada çıxıb. 2018-ci ilin avqust ayından etibarən Vaşinqton İrana qarşı “tarixin ən ağır sanksiyalarını” tətbiq etməyə başlayıb.