Biz sağçıyıq, yoxsa solçu?

Sağçılıq və solçuluq nə deməkdir?
Sağçılıq adət-ənənəyə, müəyyən şəxslərin gücünə daha çox üstünlük verən (güclü olan haqdır prinsipinə əsasən) siyasi görüşə deyilir. Bu azad bazar və şəxsi mülkiyyətə üstünlük verən bir ideologiyadır.
Solçuluq isə müsavatı (bərabərlik) dəstəkləyən, heç nədən zəngin olan kəslərə qarşı şiddətli mövqeyi ilə seçilən ideologiyadır.
Sağçılar mühafizəkar, milliyyətçi demokrat, kapitalist, monarxistlərlər qrupuna daxildir.
Solçular isə tərəqqi, kommunist, sosialist, sekulyarist, anarxistlər qrupuna daxildir.
Hər iki ideologiya Avropada təşəkkül tapmış, İngiltərə tərəfindən digər ölkələrə tətbiq edilmişdir. Məsələn, Hindistan sağçı və solçuluqla daim giriftar qalan ölkələr sırasındadır. Hazırki vəziyyətdə Hindistan müstəmləkəçilikdən xilas olduqdan sonra qismən dəyişib.
İstər sağçılıq, istərsə də solçuluq ideologiyası formalaşmaq üçün digər ideologiyaları özündə cəmləyib, təsir qüvvəsini artırmağa nail olmuş və hal-hazırda dünya ölkələrinin əksəriyyəti bu "çı, çu"-larla bir-birinə qarşı durmuşdur. Bəzən isə məcbur olub ya sağçı, ya da solçu olmağa qərar vermişlər.
Bəs biz hansı ideologiyanın tərəfindəyik? Sağçıyıq, yoxsa solçu?
Mən bu suala belə cavab verərdim ki, biz vahid formada fəaliyyət göstərən fədakar mühafizəkarlarıq. Biz saman çöpündən yapışıb xilas olmağı düşünən qorxaqlar deyilik, məntiq və dəlil qarşısında baş əyənlərik. Biz ƏHLİ-BEYTÇİLƏRİK!!!

Sahil Rzalı.