“Biz Məscidül-Əqsanı müdafiə etməyə hazırıq”

Operativ.tv Rasthaber-ə istinadən xəbər verir ki, Məscidül-Əqsaya dəstək aksiyasında minlərlə fələstinli işğalçılara bu müqəddəs məscidi və İslami müqəddəs yerləri müdafiə etməyə hazır olduqları mesajını verib.

Minlərlə fələstinli Fələstin İslami Müqavimət Hərəkatının (HƏMAS) yüksək vəzifəli rəsmiləri, o cümlədən HƏMAS-ın Qəzzadakı lideri Yəhya əs-Sunvarla birlikdə Qəzzada “Məscidül-Əqsa təhlükədədir” başlığı ilə geniş aksiya keçirib. Onlar sionistlərin hücumuna məruz qaldıqda İslam müqəddəsliklərini müdafiə etməyə hazır olduqlarını bəyan ediblər. Bazar günü Məscidül-Əqsaya dəstək aksiyasına qatılan Fələstin vətəndaşları İordan çayının qərb sahilindəki Cenin şəhəri şəhidlərinin şəkillərini, Fələstin bayrağını və Məscidül-Əqsa müdafiəçilərinin fotoşəkillərini simvolik olaraq şarlarla səmaya göndəriblər. Məscidül-Əqsa xətibi Şeyx İkrami Səbri sözügedən mitinqdə etdiyi çıxışında "İşğalçıların Məscidül-Əqsaya hücumlarını və Məscidül-Əqsaya nəzarət etmələrini qəbul etmirik. Bu hücumları dayandırın" deyib. Həmas sözçüsü Əbdül Lətif əl-Qanu Fələstin xalqının mesajının sionist düşmənə çatdığını və Məscidül-Əqsanın təhlükədə olduğunu, Fələstin xalqının Məscidül-Əqsanı müdafiə etmək üçün hər yerdə döyüşə hazır olduğunu bildirib.