Biz hamımız onlara minnətdar olmalıyıq - Ağ Ev Azərbaycanın cəsur qadınlarına dəstək ifadə edir

Cümə axşamı Ağ Ev bütün dünyada hücum qurbanı olan cəsur qadınlara dəstək ifadə edib.

Dövlət Departamentinin Xarici Mətbuat Mərkəzi tərəfindən təşkil edilmiş virtual brifinqdə xarici jurnalistlər qarşısında çıxış edən Ağ Evin Gender Siyasəti Şurasının həmsədri və icraçı direktoru Cennifer Klyayn bildirib ki, Vaşinqton "diplomatiya, inkişaf, ticarət və müdafiə vasitəsilə" gender bərabərliyinə nail olacaq.

Ötən ay Bayden administrasiyası Gender Siyasəti Şurasını təsis edib. Şuranın vəzifəsi administrasiyanın daxili və xarici siyasətində gender bərabərliyinin təmin edilməsinə şərait yaratmaqdan ibarətdir.

Bu yaxınlarda Azərbaycanda vəkil Şəhla Hümbətovanın və müxalifət lideri Cəmil Həsənlinin qızının təqibini şərh edən Klyayn deyib: "Biz hamımız (cəsur qadınlara) minnətdar olmalıyıq. Və biz onlara minnətdarıq".

Ağ Evin tərkibinə prezident kabinetinin, demək olar ki, bütün üzvlərinin daxil olduğu yeni şurası bütün dünyada gender bərabərliyinin təşviqinə şərait yaratmaq məqsədinə xidmət edir.

 

Turan.az