Bəhreyndə 6 illik qadağadan sonra ilk cümə namazı qılındı

Operativ.tv Rasthaber-ə istinadən xəbər verir ki, Bəhreyn 14 Fevral Gənclər Koalisiyasının verdiyi məlumata görə, 6 illik qadağadan sonra yüzlərlə bəhreynli şeyx Əli Əl-Sadədi dünən Bəhreynin Əl-Deraz bölgəsindəki İmam Sadiq (ə) məscidində cümə namazı qılıb.
Ali-Xəlifə rejiminin son illərdə dini şüarlarla mübarizə məqsədilə İmam Sadiq (ə) məscidində cümə namazının qılınmasının qarşısını almaq israrından sonra Deraz bölgəsinin xalqı camaat namazı əvəzinə bu məsciddə fərdi namaz qılmağa başlayıb.
Bəhreyn İslam Alimləri Şurasının sədri Hüccətül-İslam Məcid Əl-Məşəl dəfələrlə qadağanı pozaraq bir neçə dəfə camaat namazını qılıb. Amma sonda Bəhreyn rejimi bu alimi qadağanı pozmamaq üçün yazılı bir öhdəlik imzalamağa məcbur edib. Rejim həmçinin Məcid Əl-Məşələ xütbə söyləməyi qadağan edib.
Xatırladaq ki, Bəhreyn şiələrinin lideri Ayətullah Şeyx İsa Qasim bundan əvvəl ən mühüm dini xütbələrin şahidi olan İmam Sadiq (ə) məscidində camaat və cümə namazlarına imamlıq edirdi. Bununla belə, Ali-Xəlifə rejimi 2017-ci ildə Ayətullah Şeyx İsa Qasimi deportasiya edib.
Həmin dövrdə Ayətullah Şeyx İsa Qasimin İrandakı nümayəndəsi olan Hüccətül-İslam Şeyx Abdullah Deqaq bəyan etmişdi ki, bu deportasiya planı Bəhreyn xalqını bir dini cameəni öz rəhbərliyindən uzaq tutmaq və beləliklə də, İslami oyanış hərəkatının qarşısını almaq məqsədi daşıyır.