Beynəlxalq “Mustafa” mükafatına layiq görülən alimlərın adları açıqlanıb

İslam dünyasının “nobel”i olan “Mustafa” mükafatına layiq görülən alimlərin adları açıqlanıb.

SalamNews xəbər verir ki, Harvard Universitetinin İranlı professoru Kamran Vəfa və Princeton Universitetinin Banqladeşli professoru Zahid Həsən "2021 Mostafa Mükafatı"na birgə layiq görülüblər.

“Mustafa Mükafatı”nın təşkilatçı cəmiyyətinin üzvü B.Naderməneş mükafatla bağlı deyib:

"Son illərdə, Məhəmməd Peyğəmbərə (s) qarşı şiddətli İslamofobiya hissləri və fəaliyyətləri başlayıb. Baxmayaraq ki, İslamın ilk əsrlərində müsəlmanlar uzun illər elmin qabaqcılları idilər və Peyğəmbərin (s) özü də İslamın və elmin inkişafına çox diqqət ayırırdı. Bu şəraiti nəzərə alaraq, Mustafa Fondu İslamın elmə əhəmiyyətini daha yaxşı başa düşmək və bu sahənin inkişafında iştirak edən müsəlman alimlərini müəyyən etmək üçün nüfuzlu bir elmi mükafat təsis edib.”

O əlavə edib:

"Mustafa (s) mükafatı bu işdə uğur qazanıb və əvvəlki dövrlərin qalibləri də bunu göstərir. Məsələn, dünya miqyaslı professor Uğur Şahini tanımadan əvvəl Mustafa mükafatı onu tapdı. O həmin şəxsdir ki, koronavirusa qarşı ilk “MRNA” peyvəndini ərsəyə gətirib.