Bayden ərəb dövlətlərindən neftin hasilatının artırılmasını istəyib

ABŞ prezidenti Co Bayden Ərəb dövlətlərini neftin hasilatını artırmağa çağırıb.

Operativ.tv SalamNews -a istinadən xəbər verir ki, Co Bayden bu barədə NATO-nun Madriddə keçirilən toplantısı çərçivəsində baş tutan mətbuat konfransında deyib.

O, gələn ay Səudiyyə Ərəbistanına səfərinin məqsədləri barədə danışarkən neft məsələsinə də toxunub.

“Təkcə Səudiyyə Ərəbistanı deyil, bütün körfəz ölkələri neftin hasilatını artırmalıdırlar. Ümidvaram körfəz ölkələri bunu etsinlər, çünki onların mənafeyi də bunu tələb edir”, deyə Bayden vurğulayıb.

Qeyd edək ki, bir neçə gün öncə Fransa prezidenti Emanuel Makron Beydenlə xüsusi söhbəti zamanı, neft hasilatının artırılması üçün BƏƏ-nin vəliəhdi ilə danışdığını, lakin ərəblərin hazırki istehsal miqdarından lazımi qədər çox istehsal gücünüə malik olmadıqlarını deyib.

Bildirək ki, Qərbin Rusiya neftinə qarşı sanksiyaları fonunda bu ölkələrdə yanacağın qiyməti bahalaşıb. Qərb dövlətləri Rusiya neftinin alternativini təmin etmək üçün ərəb dövlətləri ilə təmasdadır, hətta İran və Venesuela neftinin bazara çıxarılması üzərində də təkliflər irəli sürülür.