"Barselona" yeni transferlərini sifariş etmək üçün Pikedən endirim gözləyir

İspaniyanın "Barselona" futbol klubu yeni transflər - Robert Levandovski, Jül Kunde, Frank Kessye və Andreas Kristenseni qeydiyyatdan keçirə bilmir.

Operativ.tv Report-a istinadən xəbər verir ki, səbəb Kataloniya təmsilçisinin müdafiəçisi Jerar Pikenin məvacibidir. 35 yaşlı oyunçuya 2022/2023 mövsümü üçün 52 milyon avro maaş ayıran klub ondan məbləğin böyük hissəsindən imtina etməsini istəyir.

Pike güzəştə getməyə razı olmasa, “Barselona” dördüncü iqtisadi rıçaqı işə salmalı olacaq ki, bu da televiziya hüquqlarının daha çox satışı və "Barça Studios" şirkətinin fond bazarına fəal daxil olmasını nəzərdə tutur.