Bağdadda Həşdüş-Şəbi komandirlərindən birinin evinə hücum olub

Giperssilka “ABNA”ya istinadən xəbər verir ki, naməlum şəxslər Əş-şölə bölgəsində İraqın Əl-Həşdüş-Şəbi 33-cü Diviziyasının komandiri Həqqi Əbuəkbərin evinə iki əl qumbarası atıblar.

Komandirin ailə üzvlərindən bir neçəsi yaralanıb.

Hücum İraq parlamentində bir çox namizədin İraq Yüksək Seçki Komissiyasının açıqladığı nəticələrə etiraz etdiyi və nəticələrin açıqlanmasında şəffaflıq tələb etdiyi bir vaxta təsadüf edir.

İraq Müqavimət Qruplarının Əlaqələndirmə Şurası “seçkilərin nəticələrinin manipulyasiya edildiyini” açıqlayıb.