“Əbabil” qrupu İraqda ABŞ qüvvələrinə hücumun görüntülərini yayımlayıb (VİDEO)

Cari ayın beşində İraqda ABŞ hərbçilərinin olduğu bazaya hücumun görüntüləri yayımlanıb.

SalamNews xəbər verir ki, bu barədə “Səraya Əbabil” qrupu sosial şəbəkələrdəki hesabları üzərindən video yayımlayıb.

Bu videoda İraqda ABŞ qüvvələrinin olduğu “Viktoriya” bazasına raket və PUA-larla hücumun görüntüləri əks etdirilib.

Qeyd edək ki, son həftədə İraq və Suriyada ABŞ qüvvələrinin olduğu qərargahlar və mövqelər, eləcə də ABŞ qüvvələrinə ligistik dəstək yükləri aparan maşın karvanları hücumlara məruz qalırlar.

Son günlərdə Eynul-əsəd bazasına göndərilən PUA-lar və onların vurulması anı da gündəm olub.