BƏƏ-nin yeni dövlət başçısı bəlli olub

Vəliəhd Məhəmməd bin Zayid ən-Nəhyanın dünən vəfat edən Birləşmiş Ərəb Əmirliklərinin prezidenti Şeyx Xəlifə bin Zayid Əl-Nəhyanın kürsüsündə əyləşəcəyi açıqlanıb.
Operativ.tv Hürriyetin xəbərinə görə, Əbu-Dabi əmirliyinin vəliəhdi və Birləşmiş Ərəb Əmirlikləri Silahlı Qüvvələrinin baş komandanının müavini Məhəmməd bin Zayed bin Sultan ən-Nehyan dünən vəfat edən xəlifə Bin Zayid Əl-Nəhyanın boşaldığı prezident kürsüsünə oturacaq.
Birləşmiş Ərəb Əmirliklərinin prezidenti Şeyx Xəlifə bin Zayid Əl-Nəhyanın dünən 73 yaşında vəfat etdiyi açıqlanıb. Onun ölüm xəbərindən sonra ölkədə 40 günlük matəm elan edilib.
Zayed Əl-Nahyan 3 noyabr 2004-cü ildən BƏƏ-nin prezidenti və Əbu-Dabinin şeyxi vəzifəsində çalışır.