Azərbaycanın nümayəndə heyəti Rusiyada keçirilən İslam konfransına qatılıblar

Azərbaycan nüməyəndə heyəti Tatarıstanda İdil Bulqar dövlətinin İslam dinini qəbul etməsinin 1100 illiyi münasibətilə keçirilən tədbirdə iştirak edir. Bu barədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) xəbər verib.

Kazanda təşkil olunan tədbir 19-21 may tarixlərini əhatə edir. Tədbirdə Azərbaycan İlahiyyat İnstitutunun rektoru Aqil Şirinov və QMİ sədrinin müavini Fuad Nurullayev iştirak edirlər.

Toplantıya, həmçinin 65 ölkə və Rusiyanın 55 regionundan nümayəndələr qatılıb. Tədbirin əsas məqsədlərindən biri Rusiyanın regionları ilə İslam dünyası ölkələri arasında iqtisadi, ticarət, sosial-mədəni əlaqələrin inkişaf etdirilməsidir.

Bundan əlavə, sammit iştirakçıları Rusiya Federasiyası Dövlət Dumasında Volqa Bulqar dövlətinin İslamı rəsmi qəbul etməsinin 1100 illiyinə həsr olunmuş sərgidə iştirak ediblər.

Sirat.