Azərbaycanda günəş elektrik stansiyası tikiləcək

Prezident İlham Əliyev qoyuluş gücü 230 MVt olan günəş elektrik stansiyasının tikintisi ilə bağlı pilot layihənin həyata keçirilməsi tədbirləri haqqında sərəncam imzalayıb.

Bu barədə aprelin 2-də "President.az" saytı məlumat verib. 

Sərəncama əsasən, Nazirlər Kabineti Bakı şəhərinin və Abşeron rayonunun inzibati ərazilərində günəş elektrik stansiyasının tikiləcəyi ərazilər üzrə dövlət torpaqlarının icarəyə vermək hüququ ilə Energetika Nazirliyinin daimi istifadəsinə verilməsi üçün müvafiq tədbirlərin görülməsini təmin etməlidir.