Azərbaycanda fəaliyyət göstərən məscidlərin sayı açıqlanıb

Azərbaycanda fəaliyyət göstərən və müvəqqəti bağlı olan məscidlərin sayı açıqlanıb. Bu barədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov mətbuat konfransında məlumat verib.

Bildirilib ki, hazırda ölkədə daimi fəaliyyət göstərən 1200 məscid var. Müvəqqəti, yəni, adətən, ramazan aylarında açıq olan məscidlərin sayı isə 300-400 arasıdır.

Statistik rəqəmlərə əsasən, ümumi olaraq ölkə ərazisində 2253 məscid mövcuddur.

 

Sirat.