Azərbaycan taekvondoçusu Avropa ikincisi olub

Azərbaycan taekvondoçusu Cavad Ağayev Albaniyanın paytaxtı Tiranadakı U-21 Avropa çempionatında gümüş medal qazanıb.

Operativ.tv Report-a istinadən xəbər verir ki, 68 kq-da çıxış edən idmançı yarışın sonuncu günündə fəxri kürsünün ikinci pilləsinə qalxıb.

1/16 finalda Pablo Patinonu (İspaniya) məğlub edən taekvondoçu, ardıcıl olaraq, Aleksios Bouqas (Yunanıstan), Furkan Korpe (Türkiyə) və Con Porxa (Almaniya) qalib gələrək finala yüksəlib.

Ağayev həlledici döyüşdə Arslan Dəmir (Türkiyə) uduzaraq, gümüş medalla kifayətlənib.

Bununla da, Azərbaycanın Avropa çempionatında qazandığı mükafatların sayı 3-ə çatıb. Daha öncə Səyyad Dadaşov (54 kq) qızıl, Eltac Qafarov (74 kq) bürünc medala yiyələnib.

Qeyd edək ki, yığma Avropa çempionatının ardınca oktyabrın 1-2-də Tiranada keçiriləcək G2 kateqoriyalı açıq Albaniya çempionatında da qüvvəsini sınayacaq.