Azərbaycan Ordusunun əsgəri Laçında həlak olub, digər hərbçi xəsarət alıb (yenilənib)

Azərbaycan Müdafiə Nazirliyi Laçın rayonunda sıldırım qayalıqlardan qopub düşən qaya parçalarının altında qalan ikinci əsgər Tahir Əliyevin də vəfat etdiyini bildirib.

Bir müddət əvvəl müddətli həqiqi hərbi xidmət qulluqçusu Samir Xudiyevin xidməti döyüş tapşırığını yerinə yetirərkən üzərinə qaya parçaları düşməsi nəticəsində vəfat etdiyi, Tahir Əliyevin isə ağır yaralandığı bildirilmişdi

*******************************************************

 

Avqustun 5-i Laçın rayonunda çətin relyefli ərazidə xidməti döyüş tapşırığını yerinə yetirərkən sıldırım qayalıqlardan qopan qaya parçası Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları əsgər Xudiyev Samir Səməd oğlu və əsgər Əliyev Tahir Çingiz oğlunun üzərinə düşüb.

Operativ.tv bu barədə Müdafiə Nazirliyindən APA-nın sorğusuna cavab olaraq məlumat verir.

Məlumata görə, nəticədə əsgər S.Xudiyev aldığı bədən xəsarətlərindən hadisə yerində vəfat edib. Müxtəlif bədən xəsarətləri almış əsgər T.Əliyevin vəziyyəti ağır qiymətləndirilir.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.