Azərbaycan Medianın İnkişafı Agentliyi “Sərhədsiz Reportyorlar” təşkilatına məktub ünvanlayıb

 

Azərbaycan Medianın İnkişafı Agentliyi (AMİA) “Sərhədsiz Reportyorlar” təşkilatına məktub ünvanlayıb. Agentlik “2022-ci il Dünya Mətbuat Azadlığı İndeksi”nə münasibət bildirilərək, demokratik cəmiyyətin mühüm komponentlərindən biri olan media və ifadə azadlığının ölkə qanunvericiliyi və beynəlxalq öhdəliklərə uyğun olaraq tam təmin edildiyi, medianın inkişafının dövlətin prioritet fəaliyyət istiqaməti olduğu vurğulanıb. AMİA “2022-ci il Dünya Mətbuat Azadlığı İndeksi” ilə əlaqədar “Sərhədsiz Reportyorlar”-ın  Şərqi Avropa və Mərkəzi Asiya şöbəsinin rəhbəri xanım Janna Kavelyenin “Amerikanın Səsi” beynəlxalq multimedia xəbər təşkilatına müsahibəsində səsləndirdiyi fikirlər, o cümlədən Azərbaycanın yeni reytinqini əsaslandırmaq üçün irəli sürülən arqumentlərin tutarlı əsaslara söykənmədiyini və müvafiq İndeks Azərbaycanda media azadlığının vəziyyəti ilə bağlı obyektiv reallığı əks etdirmədiyini bildirib. Məktubda “Media haqqında” Qanunun müvafiq maddələri bir daha izah edilərək, Azərbaycanda jurnalist fəaliyyətinə görə heç kimin həbs edilmədiyi və istənilən sahədə inkişafın qarşılıqlı hörmətə, konstruktiv əməkdaşlığa, bütün tərəflərin obyektiv, qərəzsiz yanaşmasına əsaslanmalı olduğu bildirilib.

Xatırladaq ki, Aprelin 20-də “Sərhədsiz Reportyorlar” təşkilatı dünya üzrə bir illik Mətbuat Azadlığı İndeksini dərc edib. İndeksdə Azərbaycan 180-ölkə arasında 166-cı yerdə qərarlaşıb. Məruzə göstərir ki, Azərbaycanın media durumunda ciddi problemlər var.