Azərbaycan Ermənistan hərbçisini qaytarıb

Bu il aprelin 23-də Zəngilan rayonu ərazisində Azərbaycan sərhədçiləri tərəfindən saxlanılan Ermənistan ordusunun əsgəri Eduard Arturoviç Martirosov qarşı tərəfə təhvil verilib.

Operativ.tv APA-ya istinadən xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.Bildirilib ki, mayın 22-də Brüsseldə üçtərəfli görüş zamanı əldə edilmiş razılaşmaya uyğun olaraq və Rusiya sülhməramlı kontingentinin komandanı, general-mayor Andrey Volkovun vasitəçiliyi ilə Eduard Martirosov mayın 26-da erməni tərəfinə təhvil verilib.