Ayətullah Xameneinin müşaviri Qırğızıstan rəsmisi ilə görüşdü

Eastnews.org-un verdiyi xəbərə görə, İranın Ali Dini lideri Ayətullah Seyid Əli Xameneinin müşaviri Əli Əkbər Vilayəti Qırğızıstanın Milli Təhlükəsizlik Şurası sədri Tələt Bəyq Müsəddiqovu qəbul edib.   Görüş zamanı iki ölkə arasındakı münasibətlər, qarşılıqlı əlaqələr, əməkdaşlıq məsələləri və digər mövzular müzakirə olunub.   "Bizim Qırğızıstan ilə sərhədimiz yoxdur. Lakin ikimiz də eyni bölgədə yaşayırıq. Ortaq dəyərlər, mədəniyyət və dini inanc bizi birləşdirir", - deyə Əli Əkbər Vilayəti diqqətə çatdırıb.