Ayətullah Sübhani İmam Hüseyn (ə) ziyarətgahının hafiz və qarilərini qəbul edib

Az.shafaqna.com xəbər verir ki, böyük mərcələrdən olan Ayətullahül Üzma Cəfər Sübhani İmam Hüseyn (ə) ziyarətgahının Quran Mərkəzinin Quran hafiz və qarilərini Qumdakı dəftərxanasında qəbul edib.

Onları dinləyən alim hafiz və qariləri təqdir edərək, gələcək işlərində uğurlar arzulayıb.

Qeyd edək ki, bir neçə gün öncə  Ayətullah Əl Üzma Seyid Sistaninin tam səlahiyyətli nümayəndəsi Ayətullah Seyid Cavad Şəhristani də İmam Hüseyn (ə) ziyarətgahının Quran Mərkəzinin Quran üzrə hafiz və qarilərini Qumdakı ofisində qəbul etmişdi.