"Özlərini qanundan ali hesab edənlərin atdığı addımların cavabsız qaldığı istismarçılıq mühitinin vəd etdiyi reallıq məhz budur.
Son dövrlərdə polis idarələrində döyülənlər, başlarına kisə keçirilərək mənəviyyatı alçalanlar, cinsi, psixoloji işgəncəyə məruz qalanlar və neçə-neçə günahsız qətllər heç bir vəchlə arzulanmayan sadə Azərbaycan həqiqətidir. Jurnalist Aytən Məmmədovaya qarşı atılan zorakı addım da bu silsilənin davamı, eyni mənbənin yaratdığı qorxu maşınının növbəti cavabsız cinayətinin təzahürüdür. Şübhəsiz, eyni tipli cinayətlərin adətə çevrildiyi Azərbaycanda bu hadisənin də adekvat cavabını alacağına ümid yoxdur. Bunu haqqın önündə güc nümayiş etdirib Elmar Hüseynov, Rasim Əliyevləri qətlə yetirənlər, onlarca media işçisinə təzyiq və güc nümayiş etdirənlər və sonda həbsləri üçün yalançı ittihamlar uyduranlar çox yaxşı bilir. Elə buna görə də fəal yazar, iti qələm sahibi Aytən Məmmədovaya qarşı bu cinayəti törədənin kimliyi ilə bərabər ona hər növ cinayət üçün şərait yaradan hakim sistem də tənqid hədəfimizdir. Həqiqətə ünvanlanan cinayətlərə zəmin yaradan hakimiyyətin bu tip addımlarını pisləyir, cinayətkar və saxtakarların tanıdılması istiqamətində mübarizə aparan Aytən Məmmədovanın timsalında bütün mübariz haqsevərlərə dəstəyimizi bildiririk.
Həqiqət mütləq qalibdir!"
Aytən Məmmədovanın timsalında bütün mübariz haqsevərlərə dəstəyimizi bildiririk
Müsəlman Birliyi Hərəkatının sədri Tale Bağırzadə jurnalist-yazar Aytən Məmmədovaya qarşı təxribat addımını pisləyib. İlahiyyatçıya məxsus rəsmi səhifəsində o, hadisəni qınayan bəyanat yayıb. Bəyanatda deyilir: