AXCP üzvü həbs olunub

Turan: Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvü Elxan Əliyev inzibati qaydada həbs olunub. 

Bu barədə partiyadan məlumat verilib. 

Məlumata görə, AXCP fəalı dünən 17:20 radələrində yoxa çıxmışdı. "Bu gün isə məlum olub ki, Elxan bəy Xətai Rayon 37-ci polis bölməsindədir. Barəsində İnzibati Xətalar Məcəlləsinin 535-ci maddəsi ilə protokol tərtib edilib. Onu qondarma polisə müqavimət ittihamı ilə Xətai rayon məhkəməsindqə 20 sutka inzibati həbs cəzası verilib".

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyindən münasibət öyrənmək mümkün olmayıb.