Avstraliya Hizbullah hərəkatının siyasi qanadını da “terror təşkilatı” elan edib

Avstraliya Livanın Hizbullah hərəkatının hərbi qanadı ilə yanaşı siyasi qanadını da “terror təşkilatı” elan edib.

SalamNews FransPress-ə istinadla xəbər verir ki, bu barədə Avstraliyanın Daxili İşlər Nazirliyi bəyanat verib.

Bildirilib ki, Hizbullah hərəkatının bütün cinahları “terror təşkilatı” elan edilib.

Bu bəyanatda iddia edilib ki, Hizbullah Avstraliya üçün təhdiddir.

Qeyd edək ki, ötən həftə Britaniya hökuməti də HƏMAS-ı qara siyahısına salıb.

Bildirək ki, hər iki hərəkat bölgədə İsrailin işğal siyasətinə qarşı mübarizə aparan öncül təşkilatlardır. Hazırda Fələstinin İordan çayının Qərb sahili, Qüds şəhəri, Suriyanın Colan Yüksəklikləri, Livanın Məzare-Şəba və Tilal Kəfar-Şuba bölgələri İsrailin işğalındadır. 2.5 milyon insanın yaşadığı Qəzza zolağı da 2008-ci ildən İsrailin hava, quru və sudan mühasirəsindədir.