Avropa və Afrikadan olan bir qrup müsəlman həzrət İmam Əlinin (ə) hərəmini ziyarət edib

Əhli-Beyt (əleyhimus səlam) – Xəbər Agentliyi ABNA-nın verdiyi məlumata əsasən, Avropa və Afrikadan olan bir qrup müsəlman İmam Əli İbn Əbu Talibin (əleyhiməs əslam) pak hərəmini ziyarət ediblər. Qəderiyə məzhəbinin ağsaqqallarından olan Şeyx “Afif Gilani” bu heyətə rəhbərlik edirdi və onlar İmam Əlinin (əleyhi səlam) hərəmini ziyarət etməklə yanaşı, Ələvi hərəminin müxtəlif yerlərini də ziyarət ediblər. Qeyd edək ki, Qadiriyə firqəsi sünni camaatının məşhur sufilərindən olan Cüneyd Bağdadi və Şeyx Əbdülqadir Gilaninin davamçılarıdırlar.Bu silsilədən çoxlu sektalar yaranıb.