Avropa Məhkəməsi Saleh Rüstəmli ilə bağlı hökumətlə komunikasiyaya keçib

Vəkil Aqil Layic Penitensiar Xidmətin Müalicə Mərkəzində saxlanılan və aclıq aksiyasını davam etdirən Saleh Rüstəmli barədə Avropa Məhkəməsinə aralıq tədbirlərin görülməsi üçün müraciətə cavab gəldiyini bildirib. Vəkil bu barədə özünün feysbuk səhifəsində qeyd paylaşıb. "Hazırda Penitensiar Xidmətin Müalicə Mərkəzində saxlanılan və aclıq aksiyasını davam etdirən Saleh Rüstəmli barədə Avropa Məhkəməsinə aralıq tədbirlərin görülməsi üçün-yəni kliniki koma vəziyyətə düşmə ehtimalını nəzərə onun özəl və müasir xəstəxanalardan birinə köçülürməsi üçün müraciət etmişdik. Bu gün (2 dekabr) Avropa İnsan Hüquqları Məhkəməsi hökümətlə kommunikasiyaya keçmiş, Saleh bəyin səhhətinin son durumu, müalicə üçün texniki şərait və personal barədə sorğu ünvanlamışdır.
Ümid edirəm Saleh bəy aclığını dayandırar, əks halda səhiyyənin vəziyyətini nəzərə alaraq dərhal reanimasiyon tədbirlərin görülməsi üçün o, xüsusi ixtisaslaşmış və şəraitli xəstəxanalardan birinə köçürüləcəkdir"-, qeyddə bildirilir.
 
Azadlıq Qəzeti.