Avropa İttifaqından pandemiya haqqında yeni qərar

Avropa Birliyi rəsmiləri Covid-19 epidemiyasının yumşaldılması ilə hava limanlarında və təyyarələrdə maska taxmaq öhdəliyinin gələn həftədən etibarən qaldırılacağını açıqlayıb.
Euronews-a istinadən Operativ.tv-nin verdiyi xəbərə görə, Avropa İttifaqının Aviasiya Təhlükəsizliyi Agentliyi (EASA), Avropa Xəstəliklərin Qarşısının Alınması və Nəzarət Mərkəzi (ECDC) ilə ortaq şəkildə qəbul etdikləri qərarın həm sərnişinlər, həm də ekipaj üçün hava səyahətinin normallaşdırılması üçün böyük bir addım olacağına ümid etdiklərini bildirib.
Birgə bəyanatda qeyd olunub ki, pandemiya ilə bağlı son hadisələr, xüsusilə peyvənd və təbii yollarla əldə edilən yüksək immunitet, habelə Avropada məhdudiyyətləri aradan qaldıran ölkələrin sayının artması nəzərə alınıb. 
"Sərnişinlər hələ də məsuliyyətli hərəkət etməli və başqalarının seçimlərinə hörmət etməlidirlər" - deyə EASA-nın İcraçı Direktoru Patrick Ky xəbərdarlıq da edib.