ATƏT-in Minsk Qrupunun həmsədrlərinin bəyanatı

Turan: ATƏT-in Minsk Qrupunun həmsədrləri (Amerika Birləşmiş Ştatlarından Endrü Şofer, Rusiya Federasiyasından İqor Xovayev və Fransadan Bris Rokefeyl) bu gün aşağıdakı bəyanatı yayıblar:

Həmsədrlər dekabrın 1-də Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan, dekabrın 2-də isə Stokholmda ATƏT Nazirlər Şurasının iclası çərçivəsində Azərbaycanın xarici işlər naziri Cehun Bayramov ilə görüşüblər. Həmsədrlər ATƏT-in fəaliyyətdə olan sədri Polşanın xarici işlər naziri Zbiqnev Rau ilə də görüşüblər. Görüşlərdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik iştirak edib.

Həmsədrlər Stokholmda Ermənistan və Azərbaycanın xarici işlər nazirləri arasında onların himayəsi altında birgə görüşün keçirilməsinin mümkün olmamasından təəssüflənirlər. Onlar sentyabrda Nyu-Yorkda və noyabrda Parisdə başlanmış müzakirələri davam etdirməyə şərait imkan verən kimi belə bir görüşü təşkil etməyə hazır olduqlarını bildirirlər.