Ankarada İsveç və Finlandiya heyətləri arasında razılıq əldə olunmayıb

“Danışıqlar zamanı PKK, YPG və PYD arasında heç bir fərqin olmadığını, onların terror təşkilatı olduğunu dilə gətirdik”.

Operativ.tv APA-nın İstanbul müxbirinin verdiyi xəbərinə görə, Ankarada İsveç və Finlandiya nümayəndə heyətləri ilə görüşdən sonra Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın deyib.

O bildirib ki, Türkiyə hər iki tərəfə öz tələblərini irəli sürüb və cavab gözləyir.

"Biz çox açıq şəkildə bildirdik ki, Türkiyənin təhlükəsizliyi ilə bağlı narahatlıqları müəyyən bir vaxtdan sonra qarşılanmazsa, bu ölkələrin NATO-ya üzvlük məsələsi irəli getməyəcək",-deyə Kalın bildirib.

Türkiyə Prezidentinin sözçüsü müzakirələr zamanı heç bir razılığın əldə olunmadığı və danışıqlar üzrə yol xəritəsinin razılşadırılmadığını diqqətə çatdırıb.

O qeyd edib ki, Türkiyə bu ölkələri onu təhdid edən terror təşkilatları ilə əməkdaşlıq etmək və dəstək verməkdən çəkinməyə çağırır.

İbrahim Kalınəlavə edib ki, tərəflər arasında növbəti görüşün nə vaxt baş tutacağı bəlli deyil.