Ankara ilə Təl-Əviv arasında Əqsa məscidi gərginliyi

Operativ.tv Rasthaber-ə istinadən xəbər verir ki, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun yaxın günlərdə işğal olunmuş Fələstin torpaqlarına səfərindən əvvəl Ankara ilə Təl-Əviv arasında gərginlik yaranıb. Çavuşoğlunun ikitərəfli təmaslardan sonra Əqsa məscidini ziyarət etmək istəyi gərginliyə səbəb olsa da, Çavuşoğlunun Əqsanı ziyarət edib-etməyəcəyi maraq mövzusu olub.

Ankara ilə Təl-Əviv arasında “normallaşma” prosesi tam sürətlə davam edərkən Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu mayın 25-də işğal olunmuş ərazilərə səfər edəcəyini açıqlayıb. Nazir Çavuşoğlunun səfərindən günlər əvvəl sionist mediasında diqqətçəkən bir xəbər yayılıb. Buna görə Çavuşoğlu ikitərəfli təmaslardan sonra Məscidül-Əqsanı da ziyarət etmək istəyib. Sözügedən tələb Ankara ilə Təl-Əviv arasında gərginliyə səbəb olsa da, The Times of Israel qəzetində yer alan xəbərdə, Çavuşoğlunun səfəri hər iki tərəf üçün diplomatik sıçrayış olacağı qeyd olunub. Lakin onun Qüdsün İçərişəhərindəki həssas bölgəyə səfər etmək niyyəti Ankara ilə İsrail arasında müəyyən gərginliyə səbəb olub.