Amansızca qətlə yetirilmiş jurnalistin qatillərindən biri ələ keçirildi

Az.shafaqna.com xarici mediaya istinadən xəbər verir ki, səudiyyəli junalist Camal Qaşıqçının qətlində şübhəlinin bilinən şəxslərdən biri Fransa paytaxtı Parisdə saxlanılıb.

Yerli KİV-lərin məhkəmə sistemindəki anonim mənbələrə istinadən verdiyi məlumata görə, 33 yaşlı Xalid Alotaybi Şarl de Qoll hava limanında polis tərəfindən tutulub.

O, təyyarə eniş edərkən ələ keçirilib.

Xatırladaq ki, adıçəkilən jurnalist 2018-ci ildə krallığın İstanbuldakı baş konsulluğunun ərazisində boğularaq qətlə yetirilib. Daha sonra isə onun bədəni parçalanaraq məhv edilib.