Allahı tanımağın zərurəti (3-cü hissə)

Bağışlayan və Mehriban Allahın adı ilə
3-cü hissə
Sual: Niyə biz Allahı tanımalıyıq? Allahı tanımaq insan həyatına necə təsir edir? Bunu niyə araşdırmalıyıq? Allahı tanımağın nə əhəmiyyəti var? Hansı zərurət bizi kainatın mənşəyi haqqında düşünməyə vadar edir?
Qısa cavab:
Allahı tanımağa bizi vadar edən zərurətlər bunlardır: 
1. Kainatla tanışlıq istəyi
2. Minnətdarlıq və təşəkkür etmə hissi 
3. Xeyir və zərərlərimizin bu məsələ ilə bağlılığı 
4. Elmlər arasında Allahı tanıma elminin üstünlüyü
Allahı tanımağın təsir və bəhrələri də bunlardır: 
1. Elmin tərəqqisi
2. Səy və ümid 
3. Məsuliyyət hissi
4. Rahatlıq

Ətraflı cavab:
Allahı tanımağın zərurətləri
Bizi ilahi Allahı tanımağa vadar edən səbəblər aşağıdakılardır:
3. Mənfəət və zərərlərimizin bu məsələyə bağlılığı
Təsəvvür edin ki, yol ayrıcına gedirsiniz. Hamı deyir ki, “bu yol ayrıcında dayanmayın, bu çox təhlükəlidir”. Amma hər dəstə bizi öz tərəfinə dəvət edir. Biri deyir ki, ən yaxşı yol şərqə getməkdir. Digəri isə qərbi ən təhlükəsiz yol hesab edir. Üçüncü qrup bizi ikisi arasında mövcud olan yola dəvət edir və deyirlər: “Təhlükədən xilas olmaq, "nicat" adlı mənzil başına çatmaq və bütün səadət vasitələrinə malik olan təhlükəsiz və əmin-amanlıq yerə çatmaq üçün olan yeganə yol bu yoldur.” Onu öyrənmədən özümüzə bir yol seçməyə icazə veririkmi? Yoxsa ağlımız orada dayanıb heç bir yol seçmədiyimizi qəbul edir? Əlbəttə yox. Ağlımız və düşüncəmiz bizə belə deyir: “Nə qədər tez araşdırsaq, bu qrupların hər birinin sözlərini diqqətlə dinləsək, onların hər birində düzgünlük və dürüstlük əlaməti və inandırıcı səbəbləri qəbul etsək, biz həmin yolu inamla seçib irəliləyəcəyik." 
Bizim dünya həyatında da eyni vəziyyət var. Müxtəlif dinlər və məktəblər bizi özlərinə dəvət edir. Lakin taleyimiz, xoşbəxtliyimiz və bədbəxtliyimiz, tərəqqimiz və geriliyimiz ən yaxşı yolu araşdırmaq və seçməkdən asılı olduğundan, biz özümüzü bu barədə düşünmək və tərəqqimizə və təkamülümüzə aparan yolu seçmək məcburiyyətindəyik. Bizi bədbəxtlik, fəsad və səfalət uçurumuna aparan şeylərdən çəkinməliyik. Bu, bizi kainatın yaradıcısı haqqında tədqiq etməyə dəvət edən başqa bir səbəbdir.
Qurani-Kərim buyurur:
فَبَشِّر عِبادِ الَّذِینَ یَستَمِعُونَ القَولَ فَیَتَّبِعُونَ اَحسَنَه
Müxtəlif sözləri eşidən və ən yaxşısını seçən qullarıma müjdə ver! 
İmam Sadiq (ə) o dövrün ən məşhur bidətçi və ateistlərindən olan Əbdülkərim ibn Əbi əl-Əvca ilə mübahisələrinin birində “ehtimal verilən axirət zərərini dəf etmək” prinsipini əsas tutaraq Allahı tanımanın zərurətini çox incə bir şəkildə ifadə etmişdir:
وَ قَالَ إِنْ يَكُنِ الْأَمْرُ كَمَا تَقُولُ وَ لَيْسَ كَمَا تَقُولُ نَجَوْنَا وَ نَجَوْتَ وَ إِنْ يَكُنِ الْأَمْرُ كَمَا نَقُولُ وَ هُوَ كَمَا نَقُولُ نَجَوْنَا وَ هَلَكْت

"Əgər həqiqət sənin dediyindirsə və bizim dediyimiz deyilsə, o zaman biz [ölümdən sonra] ikimiz də xilas olacağıq, əgər həqiqət dediyimizdirsə və necə ki, belədir – o zaman biz [ölümdən sonra] xilas olarıq, sən isə məhv olacaqsan."

 

Fərhad Mirzə.