Allaha iman və Onun vədinə inam (2-ci hissə)

Allaha iman və Onun vədinə inam.
2-ci hissə.

Bu mövzu insan həyatının bütün sahələrini əhatə etdiyi kimi yer üzündə Allahın dininin bərqərar olub, Saleh və Mömin bəndələrinin hakim və canişin olmasına da şamildir.
Allah Nur surəsinin 55-ci ayəsində belə buyurur: “Allah sizdən iman gətirib yaxşı işlər görən kəslərə vəd vermişdir ki, onları mütləq özlərindən qabaqkıları canişin etdiyi kimi yer üzündə canişin və hakim edəcək, onlar üçün bəyəndiyi dini (İslam dinini) mütləq olaraq bərqərar edib möhkəmləndirəcək və onların halını şübhəsiz, qorxu və vahimədən sonra əmin-amanlıq və xatircəmliklə əvəz edəcəkdir. Belə ki, yalnız Mənə ibadət etsinlər və heç nəyi Mənə şərik qoşmasınlar”.
Bəli, biz imanlı olub Allahın dininə kömək etdiyimiz halda, yəni cəmiyyətin islahı dini dəyərlərin və milli-mənəvi dəyərlərin cəmiyyətdə bərqərar olması, bir sözlə İslami bir cəmiyyətin qurulması yolunda inamla çalışsaq mütləq bu həyata keçəcəkdir. Çünki bu Allahın vədidir. Allah Həcc surəsinin 40-cı ayəsində buyurur: “O kəslər ki, öz evlərindən haqsız yerə, “yalnız bizim Rəbbimiz tək olan Allahdır” - dediklərinə görə çıxarılmışlar. Allah şübhəsiz Ona (Onun dininə) yardım edənə yardım edəcəkdir. Həqiqətə, Allah qüvvətli və yenilməzdir”.
Bu ayədən göründüyü kimi Allahın dininə kömək etmək heç də asan deyil, bu yolda təqiblər təzyiqlər və s. olacaqdır. Amma möminlər heç vaxt inamlarını itirməməlidirlər və Allahın vədinin gerçəkləşəcəyi günə qədər inamla çalışmalıdırlar.
Allah Qurani-Kərimdə belə buyurur: “Heç vaxt (düşmən qarçısında) süstləşməyin və (düçar olduğunuzbəlalara görə) kədərlənməyin ki, əgər (həqiqi) mömin olsanız siz üstünsünüz”. Ali-İmran surəsi, ayə 139.

Elgün Axund.
İlahiyyatçı.
Müsəlman Birliyi Hərəkatı İH-nin üzvü.
08.06.2021.