“Allah tərəfindən nə qədər qeybi yardımlar edildiyinin canlı şahidləriyik”

Müsəlman Birliyi Hərəkatını 7 yaşı münasibətilə təbrik edirəm. Bu hərəkat son 7 il ərzində çəkdiyi əziyyətlərin müqabilində dik durmasını bacardı. Xalqına, millətinə bacardığı qədər xidmət etdi. Bu qədər məhrumiyyətlər içində daha da irəli getdi. Bu hərəkat yaşayacaq! Ümid edirik ki, Həzrət Mehdini (ə.f) bu hərəkat qarşılayacaq və öz bayrağını o Ağaya təqdim edəcək! Allahdan arzumuz budur ki, hərəkatın həbsdə olan üzvləri də azad olsun və digərləri kimi çıxıb xalqına, millətinə xidmət etsin! Ad günün mübarək ey xalqın ümidgahı! Salam olsun sənə ey məzlumların havadarı! Salam olsun sizə, ey hərəkatın zindandakı aslanları! Hər birinizi təbrik edirik! Allah mübarək və başıuca etsin!

 

Fərhad Mirzə.

MBH-nin idarə heyətinin üzvü.