Aksiyaya cəhd edənlər saxlanılıb

Azadlıq qəzeti özünün facebook səhifəsində aksiyaya cəhd etməyə çalışan bir neçə ictimai fəalın saxlanıldığını paylaşıb:
"İctimai fəallar Rüstəm İsmayılbəyli, Samir Axundzadə, Elmir Abbasov, Əli Mahmudlu, Əhməd Məmmədli və Fərid İmanov YAP-ın qərargahının önündə son günlər baş verən siyasi həbslərə etiraz olaraq aksiyaya cəhd edərkən zorakılıqla saxlanılıblar."