Aİ-nin Ukraynaya dəstəyi: Siz qalib gələnə qədər dincəlməyəcəyik

Von der Leyen Ukrayna parlamentinə etdiyi müraciətdə üzvlük prosesi boyunca dəstək vəd edib.
Operativ.tv Cumhuriyet-ə istinadən xəbər verir ki, Avropa İttifaqı (Aİ) Komissiyasının sədri Ursula fon der Leyen Ukraynaya namizəd ölkə statusu verildikdən sonra dəvət olunduğu Ukrayna parlamentində videokonfrans vasitəsilə çıxış edib.
Ursula von der Leyen Rusiyanın ukraynalıları öldürməyə, şəhərləri bombalamağa, buğdasını oğurlamağa davam etdiyinə ifadə edərək, "Ukraynaya nə qədər zaman alsa da dəstək verməyə davam edəcəyik. Siz qalib gələnə qədər dincəlməyəcəyik" deyib.
Von der Leyen, hətta müharibə dövründə də dövlətin və demokratik təsisatların davamlı fəaliyyətini tərifləyərək, "Aİ-yə üzvlük müraciətiniz Rusiya işğalından günlər sonra gəldi. Bizə lazımi məlumatları sürətlə verdiniz" dedi.
Von der Leyen həmçinin deyib: "Bu gün ilk növbədə bu tarixi dönüşü, qətiyyətin qələbəsini qeyd etmək üçün bir gündür. Ukraynanın yenidən qurulması və Aİ-yə üzvlük prosesi birlikdə gedəcək. Mən bu gün buraya çox sadə bir mesajla gəldim. Sizə önünüzdə uzun bir yol var, amma Aİ siz üzv olduğunuz müddətdə bu qaranlıq müharibə günlərində hər addımda sizinlə olacaq. Mən Ukraynanın Avropa gələcəyinə inanıram. Bunun yeganə səbəbi ukraynalıların qətiyyətidir."
Xatırladaq ki, iyunun 23-24-də keçirilən liderlərin sammitində Avropa Şurası Ukraynaya namizəd ölkə statusu verib.