Abu-Dabidə neftlə dolu üç tanker partladılıb, 3 nəfər ölüb

Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Abu-Dabidə neftlə dolu üç tanker partladılıb. 

“Report” “Milliyyət”ə istinadən xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb.

Hadisə Mussah sənaye bölgəsində qeydə alınıb. Partlayış nəticəsində Abu-Dabi Beynəlxalq Hava Limanındakı tikinti sahəsində yanğın başlayıb. Hadisə nəticəsində 3 nəfər ölüb, 6 nəfər yaralanıb.Yəməndəki husi qruplaşması hücuma görə məsuliyyəti üzərinə götürüb. Məlumata görə, partlayışdan əvvəl ərazinin hava məkanında drona bənzəyən kiçik bir təyyarə müşahidə edilib.