ABŞ Suriyadan Ukraynaya terrorçu göndərir

Operativ.tv Rasthaber-ə istinadən verdiyi məlumata görə, suriyalı mənbə deyib: "Mövcud məlumatlara görə, ABŞ kəşfiyyat xidməti Suriyanın şimal-şərqində həbsxanalarda və kürdlərin nəzarətində olan düşərgələrdə saxlanılan İŞİD qüvvələrini Ukraynaya göndərmək üçün fəal şəkildə cəlb edir".
“Amerikalılar bu terrorçuları növbəti dindirilmə bəhanəsi və Avropaya göndərmək imkanı ilə qərargah və obyektlərinə göndərirlər” – deyə mənbə bildirib.
Rusiya Xarici Kəşfiyyat Xidmətinin (SVR) Mətbuat Bürosunun rəhbəri Sergey İvanov ötən ay Suriyadakı kürdlərin nəzarətində olan həbsxanalardan 60-a yaxın İŞİD silahlısının ABŞ kəşfiyyat xidmətlərinin iştirakı ilə Ukraynada döyüşmək üçün azad edildiyini açıqlamışdı.
ABŞ-ın Ukraynada silahlı fəaliyyətlərdə iştirak etmək üçün hətta beynəlxalq terror təşkilatlarının, o cümlədən İŞİD üzvlərindən muzdlu kimi istifadə etdiyinə dair məlumatlara malik olduqlarını vurğulayan İvanov, yaraqlılardan ibarət xüsusi bölmələrin Suriya və Ukraynada Rusiya ordusuna qarşı müxtəlif fəaliyyətlər, o cümlədən təxribat hərəkətləri etmək üçün hazırlandığını bildirib. 
İvanov ABŞ-ın Suriyadakı Tanf bazasının “terror mərkəzinə” çevrildiyini və ABŞ-a sadiq silahlıların Ukraynaya göndərilmək üçün bu bazada təlim keçdiyini qeyd edib.