ABŞ Rusiya ilə əlaqəli 4 ukraynalı siyasətçiyə sanksiya tətbiq edib

ABŞ Maliyyə Nazirliyi Rusiya ilə əlaqəli 4 fiziki şəxsə qarşı sanksiya tətbiq edib.

APA-nın RİA Novosti-yə istinadən verdiyi məlumata görə, ABŞ Maliyyə Nazirliyi Ukraynanın sabiq Baş nazirinin müavini Vladimir Sivkoviçə, ukraynalı siyasətçilər Dimitriy Kozak, Oleq Voloşin və Vladimir Oleynikə qarşı sanksiya tətbiq edib.Sanksiya Rusiyanın “xaricdəki zərərli fəaliyyətləri” ilə əlaqədar qəbul edilib.