ABŞ Qarabağda eskalasiyaya yol verməmək üçün "dərhal addımlar atmağa" çağırır

Operativ.tv Turan-a istinadən xəbər verir ki, Birləşmiş Ştatlar Dağlıq Qarabağ ətrafında insan tələfatı ilə nəticələnən intensiv döyüş əməliyyatları barədə məlumatlardan "dərindən narahatdır" və diqqətlə izləyir. Çərşənbə axşamı Dövlət Departamentinin nümayəndəsi Ned Prays bildirib.

"Biz gərginliyin azaldılması və gələcək eskalasiyanın qarşısının alınması üçün dərhal adımlar atmağa çağırırıq", -  o əlavə edib.

"Gərginliyin artması Dağlıq Qarabağ münaqişəsi və ya ondan irəli gələn bütün digər məsələlərin razılaşdırılmış, hərtərəfli və davamlı həllinin zəruriliyini ortaya qoyur",- Prays qeyd edib.