ABŞ-ın İraqdakı səfirliyinə raket hücumu

Dünən axşam saatlarında İraqın paytaxtı Bağdadda dövlət idarələrinin və xarici nümayəndəliklərin yerləşdiyi qorunan Yaşıl Zonada ABŞ səfirliyinə raket zərbələri endirilib. Hücumda ABŞ səfirliyi binasına yerləşdirilən C-RAM hava hücumundan müdafiə sistemi tərəfindən 2 raketin zərərsizləşdirildiyi bildirilib. Raketlərin Bağdadın cənubundakı əl-Dor bölgəsindən atıldığı bildirilən xəbərdə, hücum nəticəsində maddi ziyan və ya can itkisi olub olmadığına dair məlumat verilməyib. Hücumlardan sonra ABŞ səfirliyində xəbərdarlıq səviyyəsi ən yüksək həddə çatıb və Yaşıl Zonaya bütün girişlər bağlanıb.