ABŞ Dövlət Departamentinin nümayəndəsi: "Rusiya hökumətinin son açıqlaması təəssüf doğurur"

“Eskalasiya dövrünə daxil olmaq bizim maraqlarımıza uyğun deyil, lakin Rusiyanın ABŞ-a qarşı hər hansı əks tədbirinə cavab vermək hüququmuzu özümüzdə saxlayırıq”.

ABŞ Dövlət Departamentinin nümayəndəsi belə deyib.

O qeyd edib ki, Rusiya Federasiyası ABŞ-ın sanksiyalarına cavab olaraq hərəkətə keçəcək, lakin biznesə qarşı tədbirləri "ehtiyatda" saxlayacaq: “Rusiyaya qarşı tətbiq olunan son sanksiyalarımız mütənasibdir və Rusiyanın zərərli fəaliyyətləri ilə şərtlənir. Rusiya hökumətinin son açıqlaması təəssüf doğurur”.

Eyni zamnanda Kremlin mətbuat katibi Dmitri Peskov Rusiyanın ABŞ-ın yeni sanksiyalarına cavab verdiyini açıqlayıb. Rusiya xarici işlər naziri Sergey Lavrov isə ABŞ səfirinə məsləhətləşmələr üçün Vaşinqtona getməyi tövsiyə edib.

Rusiya on ABŞ diplomatını ölkədən çıxaracağını bildirib.

Bundan başqa Xarici İşlər Nazirliyi Rusiyanın "anti-Rusiya siyasətinin işlənib hazırlanması və həyata keçirilməsində iştirak edən ABŞ-ın hazırkı və keçmiş yüksək vəzifəli məmurları və şəxsləri" üçün girişi qadağan etdiyini açıqlayıb.

Bunların arasında ABŞ baş prokuroru, FTB direktoru, Milli Kəşfiyyat direktoru, Milli Təhlükəsizlik katibi və Federal Həbsxanalar Bürosunun direktoru da var. (TASS)